Füzuli rayon
Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Kitabxana Tədbirlər Yeni kitablar E - Kataloq E - Kitabxana

Füzuli rayonu
Görkəmli şəxsiyyətlər
Abidələr
İşğalın nəticələri
Məhv edilmiş
kitabxanalar
ımız
Milli qəhrəmanlar
Azıx - ən qədim insan məskəni
Məhəmməd Füzuli


 

Abidələr

Füzuli rayon MKS-i 1 rayon Mərkəzi Kitabxanası və 34 kitabxana filialından ibarətdir.

Füzuli rayonunun əsas hissəsi işğal olunduqdan sonra rayon kitabxanaları rayonun işğal olunmayan digər kəndlərində yerləşmişdir.


Füzuli rayon MKS-nin direktoru kitabxanaçı mütəxəssis
Lətifə Xudaverdiyeva
Kitabxana ilə əlaqə:
0141 5 50 93 (iş) 050 471 3180 (mob)

Füzuli rayonunun Mərkəzi kitabxanası 1948 – ci ildə yaradılmış  1978-ci ildən  isə  öz  ətrafında 1 Mərkəzi,  1 Uşaq,  1  Gənclər,  4  Şəhər,  3 Qəsəbə, 81 kənd  kitabxana  filiallarını  birləşdirərək   Mərkəzləşdirilmiş Kitabxana Sistemi kimi fəaliyyətini davam etdirmişdir.
Həmin  kitabxanaların fondları  387000 kitabdan  ibarət  olmuşdur.  1993-cü  ildə məlum səbəbdən işğal olunan Füzuli  rayonunun 91  kitabxanası  öz  fəaliyyətini  itirərək fondları  ilə  bərabər tamamilə məhv  edilmişdir. 1994-cü  ildə rayonun  25  yaşayış  məntəqəsi  Milli  Ordumuz  tərəfindən işğaldan  azad olunduqdan sonra 33 kitabxana tədricən öz fəaliyyətini başqa  məqsədlər  üçün bərpa  edilmiş ictimai  binalarda və  şəxsi  evlərdə  bərpa  bərpa etməyə  başlamışdır.
Kitabxana  fondlarını  bərpa  etmək  üçün rayonumuzun  tanınmış  yazıçı  və  ziyalılarının hədiyyə  etmiş olduqları kitablar,  Respublika   Mədəniyyət  və  Turizm  Nazirliyinin  göstərişi  ilə   İmişli,  Ağcabədi,  Zərdab, Ağsu,  Kürdəmir  rayon  Mərkəzləşdirilmiş Kitabxana Sistemlərindən əvəzsiz olaraq  alınan  kitablar  və  jurnallar, bununla  bərabər  Mədəniyyət və Turizm Nazirliyinin  Kitabxana Kollektorundan və Prezident aparatından alınmış kitablar  hesabına MKS – nin  fondu  35114  ədədə  çatdırılmışdır.  Hazırda  MKS-də 1 xidmət   şöbəsi və 34  kitabxana   filialı   fəaliyyət  göstərir. 
Mərkəzi Kitabxana 1994-cü  ildən öz fəaliyyətini   Mahmudlu - 2  kəndində  davam  etdirmiş,  yerləşdiyi  binanın qəza vəziyyətində  olduğunu nəzərə  alaraq  sözü  gedən  kitabxananı  rayonun yeni  salınmış  birinci  Zobucuq qəsəbəsinə  köçürülməsi və  orada  fəaliyyət  göstərməsi  üçün   Azərbaycan Respublikasının  Mədəniyyət  və Turizm  Nazirliyinə müraciət  olunmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin 08.01.2010-il tarixli  24/03   saylı  məktubuna  əsasən Füzuli  rayon  Mərkəzi  Kitabxanası 10.01.2010- cu  il  tarixində  birinci  Zobucuq qəsəbə mədəniyyət  evinin 40  kv/ m olan  bir otağına    köçürülmüşdür.
Məlumat  üçün bildiririk ki, ”Azərbaycan  Respublikasında  Kitabxana   Informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası olaraq internetdə kitabxanamızın veb saytı açılaraq  internet  şəbəkəsinə çıxarılmış və kitaxana  üçün iki ədəd kompyüter  alınmışdır.  
 
       Kitabxanada  3  şöbə  fəaliyyət  göstərir: 

      1.  Xidmət  şöbəsi.
      2.  Metodiki  şöbə.
      3.  Komplektləşdirmə  və  kitabişləmə  şöbəsi.


MKS – nin   2011 ci   ilin  6  ayına   olan   fond   sayı     35114.

Fondun şöbələri aşağıdakılardan ibarətdir:

Latın  qrafikalı  ədəbiyyat:     33921
Kiril:                                         1193

Fondun  şöbələri  aşağıdakılardan  ibarətdir:

İçtimaii  -  siyasi   ədəbiyyat         1208
Təbiət elmləri                                 354
Texnika  və kənd təsərrüfatı         344
İncəsənət                                         1144
Bədii ədəbiyyat                               31681
Din – fəlsəfə                                    117
Unversal                                          266

Kitabxanamızın fotoşəkilləri


© 2009 - Fizuli MKS